Moskvada COVID-19 qurbanlarının sayı artıb

Dünya

08.08.2020 - 03:52

Ölkədə 178 818 aktiv koronavirus xəstəsi var

 

Moskvada sutka ərzində daha 14 nəfər koronavirusdan dünyasını dəyişib.

 

AYNA xarici mətbuata  istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 4 560-a çatıb.

 

Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayı 877 135 ölənlərin sayı isə 14 725 nəfərdir. Ölkədə 178 818 aktiv koronavirus xəstəsi var ki, onlardan da 2 300-nün vəziyyəti ağır qiymətləndirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş