Moskvada COVID-19 daha 12 nəfərin həyatına son qoyub

Dünya

12.08.2020 - 07:46

Ölkədə 179 293 aktiv koronavirus xəstəsi var

 

Moskvada sutka ərzində daha 12 nəfər koronavirusdan dünyasını dəyişib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 4 611-ə çatıb.

 

Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayı 897 599, ölənlərin sayı isə 15 131 nəfərdir. Ölkədə 179 293 aktiv koronavirus xəstəsi var ki, onlardan da 2 300-nün vəziyyəti ağır qiymətləndirilir.

Müəllif: Ayna.az