Moldovadan qərar: Rusiya səfirliyinin işçilərinin sayı azaldılır

Dünya

26.07.2023 - 13:17

cedabet dərman SEO Xidməti

Ölkədə sabitliyin pozulmasında diplomatik missiyanın bir sıra əməkdaşlarının iştirakına dair şübhələr var

Moldova hökuməti Rusiya səfirliyinin işçilərinin sayını azaltmaq qərarına gəlib. AYNA xəbər verir ki, bu barədə Moldovanın Xarici İşlər Nazirliyinin rəhbəri Nikolay Popesku bildirib.

“Biz Moldovada akkreditə olunmuş rusiyalı diplomatların sayının məhdudlaşdırılmasının zəruriliyi ilə bağlı institutlar və siyasi qərar qəbul edənlərlə ortaq fikrə gəldik”, - deyə nazir bildirib.

XİN başçısının sözlərinə görə, müvafiq tədbirlərin görülməsinə səbəb Moldovada sabitliyin pozulmasında diplomatik missiyanın bir sıra əməkdaşlarının iştirakına dair şübhələr olub.

Bundan əvvəl məlum olub ki, Sloveniya hakimiyyəti 33 rusiyalı diplomatın ölkədən çıxarılması barədə qərar qəbul edib.

Rusiya Xarici İşlər Nazirliyi Sloveniyanın rusiyalı diplomatların sayını azaltmaq qərarını “məsuliyyətsizlik” adlandırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş