Möhsin Fəxrizadənin qətlinə görə saxlanılanlar var

Dünya

09.12.2020 - 00:29

Hüseyn Əmir Abdullahiyan: "Tutulan şəxslər ədalətdən qaça bilməyəcəklər”

 

İran hökuməti nüvə alimi Möhsin Fəxrizadənin ölümü ilə bağlı bir neçə nəfəri saxlayıb.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu haqda İran parlament sədrinin beynəlxalq məsələlər üzrə müşaviri Hüseyn Əmir Abdullahiyan bildirib.

 

“Bu cinayətin təşkilində iştirak edənlər və bəziləri xüsusi xidmət orqanlarımız tərəfindən müəyyən olunaraq tutulan şəxslər ədalətdən qaça bilməyəcəklər”, - deyə Abdullahiyan deyib.

 

Xatırladaq ki, noyabrın 27-də İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin Araşdırma və İnnovasiya təşkilatının rəhbəri Möhsin Fəxrizadə Tehran əyalətinin Damovənd şəhərində sui-qəsd nəticəsində qətlə yetirilib.

Müəllif: Ayna.az