MN: Düşmənin motoatıcı alayının komandiri məhv edilib

Xəbərlər

03.11.2020 - 22:54

Ordumuz düşmənə sarsıdıcı zərbələr endirməkdə davam edir

 

Cəbhənin Xocavənd istiqamətindəki döyüşlərdə Ermənistan silahlı qüvvələrinin 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının mövqelərindəki yeraltı sığınacaqların atəşə tutulması nəticəsində xeyli sayda şəxsi heyət məhv edilib.

 

AYNA xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

 

"Azərbaycan Ordusunun bu istiqamətdə həyata keçirdiyi tədbirlər nəticəsində motoatıcı alayın komandiri polkovnik Qor İşxanyan məhv edilib" , - deyə xəbərdə bildirilir.

Müəllif: Ayna.az