Misir və Tunisdə fövqəladə vəziyyət rejiminin vaxtı uzadılıb

Dünya

25.07.2021 - 05:44

Həkimlər Klinikalar SEO Xidməti

Misirdə üç aylıq, Tunisdə altı ay müddətinə fövqəladə rejimin müddəti artırılıb

 

Misir və Tunisin dövlət başçıları Əbdülfəttah əl-Sisi və Kais Said bu ölkələrdə fövqəladə vəziyyət rejiminin uzadılması barədə qanunları imzalayıblar.

 

AYNA xarici mediaya istinadən bildiri ki, Misir Prezidenti parlamentin 2017-ci ildən davam edən fövqəladə vəziyyət rejiminin 14-cü dəfə, daha 3 ay müddətinə uzadılması barədə qərarını təsdiq edib. Rejim həmin il Tanta və İsgəndəriyyə şəhərlərində 45 xristianın ölümü ilə nəticələnən kütləvi terror aktlarından sonra tətbiq edilmişdi.

 

Tunisdə isə fövqəladə vəziyyət rejimi 6 ay müddətinə uzadılıb. Bu ölkədə 2015-ci ilin noyabrında Prezidentin mühafizə xidmətinin əməkdaşlarına qarşı silahlı hücumdan sonra sərt rejim tətbiq edilmişdi. İnsident nəticəsində 12 nəfər həlak olmuş, təhlükəsizlik xidmətinin 16 əməkdaşı isə yaralanmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş