"Minsk Qrupu bir alətə çevrilmişdi" - PREZİDENT

Siyasət

30.06.2022 - 12:21

İlham Əliyev: "30 il gözlədik ki, beynəlxalq ictimaiyyət tərəfindən bu məsələnin həlli tapılacaq və işğala son qoyulacaq” 

Biz işğala son qoyduq, ədaləti bərpa etdik. Mən 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının Zirvə toplantısında qeyd etmişdim ki, biz beynəlxalq hüququ, ədaləti bərpa edəcəyik.

AYNA xəbər verir ki, bu sözləri iyunun 30-da Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışında söyləyib: "Biz uzun illər, 30 il gözlədik ki, beynəlxalq ictimaiyyət tərəfindən bu məsələnin həlli tapılacaq və işğala son qoyulacaq”. 

Prezident qeyd edib ki, bu məqsədlə 1992-ci ildə ATƏT-in Minsk Qrupu təsis olunub: "Qrupun funksiyası münaqişənin həlli, işğala son qoymaq idi. Lakin əksinə, ATƏT-in Minsk Qrupu sadəcə bir alətə çevrilmişdi".

Müəllif: Ayna.az