Mini futbol üzrə milli komandamız Avropa çempionatının finalına yüksəlib

Xəbərlər

10.06.2022 - 23:20

Həkimlər Klinikalar SEO Xidməti

Komandamız Qazaxıstan yığmasını 3:2 hesabı ilə məğlub edib

Mini futbol üzrə Azərbaycan millisi Avropa çempionatında finala yüksəlib. AYNA-nın məlumatına görə, yığmamız Slovakiyada keçirilən turnirdə yarımfinal səddini adlayıb.

Elşad Quliyevin baş məşqçisi olduğu komandamız Qazaxıstan yığmasını 3:2 hesabı ilə məğlub edib. Millinin qollarını Bəxtiyar Soltanov, Tural Nərimanov və Samir Həmzəyev vurub.

Qeyd edək ki, yığmamızın finaldakı rəqibi rəqib Bolqarıstan - Rumıniya matçında bəlli olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş