Təlim prosesi Vətən müharibəsində qazanılmış döyüş təcrübəsi nəzərə alınmaqla həyata keçirilir
Azərbaycan Ordusunun 2021-ci ilin döyüş hazırlığı planına əsasən, minaatan batareyaların heyətləri ilə döyüş atışlı təlim məşqləri davam edir.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, minaatanların təlim prosesi Vətən müharibəsində qazanılmış döyüş təcrübəsi nəzərə alınmaqla həyata keçirilir.