Millimiz ikinci oyunda da məğlub olub

İdman

21.08.2021 - 22:48

Həkimlər Klinikalar SEO Xidməti

Görüş rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb

 

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında növbəti oyununu keçirib.

 

AYNA-nın məlumatına görə, Vüqar Əliyevin baş məşqçi olduğu kollektiv A qrupundakı ikinci sınağında Bosniya və Herseqovina komandası ilə üz-üzə gəlib.

 

Görüş rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Yığma ilk setdə 14:25, ikinci setdə 23:25, sonuncu setdə isə 17:25 hesabı ilə uduzub.

 

Qeyd edək ki, Azərbaycan millisi ilk oyununda Belçika seçməsinə 0:3 hesabı ilə məğlub olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş