Milli Məclisdə Qərbi Azərbaycanla bağlı dinləmə keçiriləcək

Xəbərlər

04.12.2023 - 15:30

Həkimlər Klinikalar SEO Xidməti

Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı mövzusunda ictimai dinləmə keçiriləcək

Dekabrın 6-da Milli Məclisdə “Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı” mövzusunda ictimai dinləmə keçiriləcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AYNA-ya bildirilib ki, Gənclər və idman komitəsinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə azərbaycanlıların indiki Ermənistandan – öz dədə-baba yurdlarından kütləvi şəkildə didərgin salınması ilə bağlı həqiqətlərin, burada qalan mədəni irsimizin, tariximizin öyrənilməsi işində və Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolunun artırılması və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Dinləmədə Milli Məclisin deputatları, Qərbi Azərbaycan İcmasının üzvləri, dövlət orqanlarının təmsilçiləri, hüquqşünas alim və tədqiqatçılar, gənclər təşkilatlarının, QHT-lərin nümayəndələri və ekspertlər iştirak edəcəklər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş