Yazıçı 94 yaşında dünyasını dəyişib
Məşhur çex və fransız yazıçısı Milan Kundera 94 yaşında vəfat edib. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.
Qeyd edək ki, Kundera “Mövcudluğun dözülməz yüngüllüyü”, “Zarafat”, “Əlvida valsı”, “Gülüş və yaddaş kitabı”, “Ölməzlik”, “Arxayınlıq” romanlarının, onlarla hekayə, pyes və esselərin müəllifidir.
Xatırladaq ki, yazıçı 1975-ci ildə Fransaya gedib, dörd ildən sonra Çexoslovakiya vətəndaşlığından məhrum edilib.