Metronun “20 Yanvar” stansiyası yenilənib

Xəbərlər

03.05.2023 - 17:43

cedabet dərman SEO Xidməti

Platforma və vestibüldə yeni müasir və qənaətcil led lampalar quraşdırılıb

Bakı metropoliteni stansiyalarının işıqlandırma sisteminin dövrün tələblərinə uyğun yenilənməsi çərçivəsində “20 Yanvar” stansiyasının platforma və vestibülündə yeni müasir və qənaətcil led lampalar quraşdırılıb.

“Bakı Metropoliteni” QSC-dən AYNA-ya verilən məlumata görə, hərəkətin təhlükəsizliyinə və sərnişindaşıma prinsiplərinə maneə törətməmək üçün işlər müvəqqəti işıqlandırma təmin edilməklə, gecə növbəsində təşkil olunub.

Platforma tavanında enerji sərfiyyatı daha çox olan köhnəlmiş 72 Vt-lıq (biri 36 Vt olan cüt lampa) 128 lampa çıxarılıb. Onların əvəzinə 48 Vt-lıq panel formalı 96 led lampa düzülüb.

Vestibüldə də hər biri 36 Vt olmaqla 72 ədəd cüt lampa çıxarılmaqla əvəzinə 60 ədəd 48 Vt-lıq lampa quraşdırılıb.

Əlavə edək ki, “Cəfər Cabbarlı” stansiyasının əsaslı təmir olunmuş bir platforması ilə yanaşı, son aylarda “Nizami” və “Elmlər Akademiyası” stansiyalarının da işıqlandırma sistemi dəyişdirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş