Meşədə azan əcnəbi turistlər tapılıblar

Xəbərlər

12.07.2022 - 14:42

Həkimlər Klinikalar SEO Xidməti

Turistlər qaldıqları hotelə yerləşdiriliblər

Azərbaycanda meşədə azan əcnəbi turistlər tapılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, DİN-in “102” Xidməti Zəng Mərkəzinə Peru Respublikasının vətəndaşı Pella Patricia və İtaliya vətəndaşı Laura Sesennanın dünən səhər saatlarında Qax rayonunda qaldıqları hoteldən gəzmək adı ilə çıxdıqları və daha sonra onların meşədə itkin düşmələri barədə məlumat daxil olub.

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin şəxslərin yerinin müəyyən edilməsi istiqamətində dərhal axtarışlara başlanılıb.

Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində hər iki əcnəbi turist Qaxbaş kəndi ərazisindəki meşə massivində tapılaraq qaldıqları hotelə yerləşdiriliblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş