2025-ci il mart ayının 1-nə valyuta ehtiyatları 10 milyard 991.8 milyon ABŞ dolları təşkil edib
2025-ci il mart ayının 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 10 milyard 991.8 milyon ABŞ dolları təşkil edib. AYNA.AZ xəbər verir ki, bu göstərici əvvəlki ayla müqayisədə 3.3 milyon dollar çoxdur.
Qeyd edək ki, AMB-nin valyuta ehtiyatları ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,7% və ya 658.5 milyon dollar azalıb.