Lisenziyalarının qüvvəsini dayandırıb
Azərbaycan Mərkəzi Bankı (AMB) 13 fiziki şəxsə və 1 hüquqi şəxsə verdiyi sığorta agenti lisenziyalarının qüvvəsini 3 ay müddətinə dayandırıb.
AYNA-ya Mərkəzi Bankdan verilən məlumata görə, bu qərar sentyabrın 4-də “Sığorta fəaliyyəti haqqında” Qanuna uyğun olaraq qəbul edilib. Lisenziyaların qüvvəsi müvafiq hesabatın təqdim edilməməsinə görə dayandırılıb.