Məmmədyarov Popov və Kaspşiklə sərhəddəki vəziyyəti müzakirə edib

Siyasət

13.07.2020 - 13:27

XİN başçısı ATƏT nümayəndələrinə ciddi narazılığını bildirib

 

13 iyul 2020-ci ildə Xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun Rusiya Federasiyasından olan həmsədri İqor Popov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə telefon söhbətləri baş tutub. Bu barədə AYNA-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

Xəbərdə bildirilib ki, qarşı tərəfi Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısının alınması və bölgədəki cari vəziyyət barədə məlumatlandıran nazir Elmar Məmmədyarov ciddi narazılığını bildirərək, Ermənistanın bu yeni təxribatını təcavüz aktı kimi qiymətləndirib.

 

E.Məmmədyarov Ermənistanın məqsədyönlü şəkildə həyata keçirdiyi bu təxribatın üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək və Ermənistan cəmiyyətinin daxili problemlərdən fikrini yayındırmaq məqsədi güddüyünü qarşı tərəfin diqqətinə çatdırıb.

Müəllif: Ayna.az