İtaliyanın Baş nazir: “Ukraynanın sülh və azadlıq içində gələcəyinə kömək etmək bizim maraqlarımızdadır”
“Bir gün Ukrayna firavan ölkəyə çevrilə və münaqişənin nəticələrindən qurtulduqdan sonra iqtisadi möcüzə yaşaya bilər və bu, İtaliya və digər Qərb ölkələrinin köməyi ilə baş verəcək”. AYNA xəbər verir ki, bu sözləri “Messaggero” qəzetinə müsahibəsində İtaliyanın Baş naziri Corca Meloni deyib.
“Ukraynanın sülh və azadlıq içində gələcəyinə kömək etmək bizim maraqlarımızdadır. Biz əminik ki, Ukrayna dirçəlmək, çiçəklənmək və tezliklə iqtisadi möcüzəyə nail olmaq imkanı əldə edəcək. Biz də buna öz töhfəmizi veririk. Biz müharibədən sonrakı perspektivi və Ukraynanın azad və bərpa olunduğunu, o cümlədən İtaliya şirkətlərinin burada iştirakını görmək istəyirik”, - Meloni vurğulayıb.
Baş nazir əmindir ki, İtaliya Kiyevə yardım və dəstək göstərməklə bağlı siyasi kursu davam etdirəcək, lakin öz milli maraqlarına da diqqət yetirəcək.