Məktəblilərin növbəti tədris ili üçün tətil günləri müəyyənləşib

Xəbərlər

28.07.2022 - 17:42

Həkimlər Klinikalar SEO Xidməti

Təhsil naziri Emin Əmrullayev əmr imzalayıb

Məktəblilərin 2022-2023-cü tədris ili üçün tətil günləri müəyyənləşib.

AYNA xəbər verir ki, bu, “Ümumi təhsil müəssisələrinin 2022-2023-cü tədris ili üçün tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri”ndə öz əksini tapıb.

Əmrə əsasən, ümumi təhsil müəssisələrində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Tədris ili iki yarımilə bölünür:

- birinci yarımil - 15 sentyabr - 26 yanvar;

- ikinci yarımil - 1 fevral - 14 iyun.

Dərs ili ərzində 5 gün payız (16-20 noyabr), 5 gün qış (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük əlavə yaz (1-5 may) tətili müəyyən edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş