Meksikada ağır yol-nəqliyyat hadisəsi baş verib
Meksikada avtobus aşıb, 26 nəfər ölüb, onlarla insan yaralanıb. AYNA xəbər verir ki, bu barədə "El Universal" qəzeti məlumat yayıb.
Qəza Oaxacaya gedən yolda, Penasco qəsəbəsində qeydə alınıb.
Hadisənin səbəbləri açıqlanmır. Qəza yerində xilasetmə işləri aparılır.