Meksikada ABŞ səfirliyinə hücum olub

Dünya

06.06.2020 - 22:31

Corc Floydun ölümü ilə bağlı aksiyalar davam edir

 

ABŞ-ın Minneapolis şəhərində qaradərili Corc Floydun polis tərəfindən öldürülməsinə etiraz olaraq başlayan aksiyalar Meksikaya da yayılıb. AYNA xəbər verir ki, paytaxt Mexikonun “Paseo de la Reforma” küçəsində üzləri bağlı olan etirazçılar ABŞ səfirliyinə hücum ediblər. 

 

Səfirliyin binasına daş və molotov kokteyli atan etirazçılar daha sonra səfirliyin yaxınlığındakı mağazalara və bank filiallarına hücum ediblər. Lakin aksiya iştirakçıları polis müdaxiləsindən sonra səfirliyin ətrafından uzaqlaşdırılıb. 

 

Digər tərəfdən, maska taxmadığı üçün polis tərəfindən döyülən və həbs olunduqdan sonra dünyasını dəyişən Giovanni Lopez üçün başlayan nümayişlər də davam edir.

Müəllif: Ayna.az