Məhbuslara qəribə cəza – <font color=red> FOTOLAR</font>

Dünya

27.04.2020 - 12:56

cedabet dərman SEO Xidməti

Buna səbəb bir gündə 22 ağır cinayətin törədilməsi olub

 

Pandemiya mövzusu dünya gündəmini “əsarətdə” saxladığı bir vaxtda Latın Amerikasında çəkilmiş foto hər kəsin marağına səbəb olub. AYNA xarici mediaya istinadən xəbər verir ki, dünyada cinayətkarlıq səviyyəsinə görə ön sıralarda dayanan Salvadorda məhbusları qəribə formada cəzalandırıblar.

 

Yayılmış görüntülərdə yüzlərlə məhbusun yerdə bir-birinə sıxlaşdırılmış halda yerdə oturdulduğu əksini tapır. Onların ağızlarına tibbi maska taxılıb, əllərini arxadan bağlıdır, başlarını aşağı salıblar. Digər bir görüntüdə məhkumların əllərinin bir-birinə qandallandığı diqqətdən qaçmır.

 

Bildirilir ki, bu formada cəza verilməsinə səbəb bir gündə ölkədə 22 ağır cinayət törədilməsi olub. Cəza 24 saat davam edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş