Matvienko: “Rusiya danışıqları üçün qapını açıq saxlamağa” davam edir”

Dünya

16.02.2022 - 17:09

Həkimlər Klinikalar SEO Xidməti

"Opponentlərin təkliflərini müzakirə etməyə, qarşılıqlı məqbul həll yolları axtarmağa hazırıq"

Rusiya tərəfi təhlükəsizlik zəmanətləri ilə bağlı Qərblə danışıqlar üçün “qapını açıq saxlamağa” davam edir. AYNA xəbər verir ki, bu barədə Rusiyanın Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.

“Rusiya Qərbin ona təhlükəsizlik zəmanəti verməkdən imtina etməsinə baxmayaraq, danışıqlar üçün qapını açıq saxlamağa davam edir. Biz qeyri-real heç nə tələb etmirik. Opponentlərin təkliflərini müzakirə etməyə, qarşılıqlı məqbul həll yolları axtarmağa hazırıq. Biz təhlükəsizlik zəmanətləri üzrə dialoqu davam etdirəcəyik və bunu artıracağıq”, - Matviyenko “Parlamentary” qəzetinə müsahibəsində bildirib.

Şura sədri həmçinin vurğulayıb ki, Rusiya təhlükəsizlik məsələləri üzrə danışıqları qeyri-müəyyən müddətə davam etdirmək niyyətində deyil.

Bundan əvvəl Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, Rusiya ABŞ və NATO-ya təhlükəsizlik zəmanətləri ilə bağlı cavabın hazırlanması son mərhələdədir.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş