Masazırda restoranda yanğın olub

Hadisə

18.03.2022 - 15:46

Həkimlər Klinikalar SEO Xidməti

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Abşeron rayonunun Masazır qəsəbəsindəki restoranda yanğın olub. 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, rayonun Masazır qəsəbəsində ümumi sahəsi 480 kvadratmetr (hər mərtəbəsi 240 kvadratmetr) olan ikimərtəbəli restoran binasının ikinci mərtəbəsində quraşdırılan elektrik lövhəsi və naqillər 20 paqonmetr yanıb.

Bina yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş