Masallıda ağır qəza: iki nəfər ölüb

Hadisə

01.10.2026 - 13:44

"VAZ-2101" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib

Masallı rayonunun Mollaoba kəndində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, rayon sakini Eminağa Həşimov idarə etdiyi "VAZ-2101" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yol kənarındakı həyətin darvazasına çırpılıb.

Qəza nəticəsində sürücü Eminağa Həşimov və avtomobildəki sərnişin Elvin İbrahimov həlak olublar.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş