Masallı və Cəlilabadda su basmış ərazilərdən daha 25 nəfər xilas edilib - VİDEO

Hadisə

21.03.2022 - 13:18

Həkimlər Klinikalar SEO Xidməti

5 avtomobil içərisindəki vətəndaşlarla birlikdə təhlükəsiz əraziyə təxliyə olunaraq xilas ediliblər

Davam edən yağıntıların, kəskin hava şəraitinin törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən təxliyə və suçəkmə işləri ötən gecə və səhər saatlarında davam etdirilib. AYNA xəbər verir ki, bu barədə FHN Mətbuat Xidməti məlumat yayıb.

Belə ki, Masallı rayonunun Boradigah kəndində, Cəlilabad şəhəri və rayonun Göytəpə şəhəri və Təzəkənd kəndində, Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində müvafiq olaraq təxliyə və suçəkmə tədbirləri həyata keçirilib.

Ümumilikdə FHN-in qüvvələri tərəfindən Masallı və Cəlilabad rayonlarının su basmış ərazilərindən daha 25 nəfər və Cəlilabad rayonunun Kövüzbulaq kəndində qarlı-şaxtalı havada köməksiz vəziyyətdə qalmış 5 avtomobil içərisindəki vətəndaşlarla birlikdə təhlükəsiz əraziyə təxliyə olunaraq xilas ediliblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş