Qardabani, Bolnisi, Dmanisi və digər iki rayondan isə azərbaycanlı namizəd yoxdur
Gürcüstanda yerli bələdiyyə və mer seçkilərinə hazırlıqlar davam edir. AYNA qonşu ölkə mediasına istinadən xəbər verir ki, artıq hakim Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyası bütün seçki dairəsi üzrə mer vəzifəsinə namizədlərinin adlarını açıqlayıb.
Bildirilir ki, namizədlər arasında azərbaycanlının da adı var. Hakim partiya azərbaycanlıların yaşadıqları Borçalı bölgəsi üzrə Marneuli şəhərinin meri vəzifəsinə Kənan Ömərovun namizədliyini irəli sürüb.
Azərbaycanlıların yaşadıqları Qardabani, Bolnisi, Dmanisi və digər iki rayondan isə azərbaycanlı namizəd yoxdur.
Xatırladaq ki, Gürcüstanda seçki kampaniyasına avqustun 3-də start veriləcək. Mer seçkiləri isə oktyabrın 2-nə təyin edilib.