Mariya Maksakova Ukraynadan Rusiyaya qayıdıb

Dünya

25.01.2021 - 07:55

Həkimlər Klinikalar SEO Xidməti

Qətlə yetirilən deputatın müğənni xanımı 5 il idi Kiyevdə yaşayırdı

 

Opera müğənnisi, Ukraynada öldürülən Dövlət Dumasının deputatı Denis Voronenkovun həyat yoldaşı Mariya Maksakova Rusiyaya qayıdıb. AYNA xəbər verir ki, bu barədə onunla müsahibə yayımlayan NTV kanalı məlumat yayıb.

 

Müsahibə müəllifləri qeyd ediblər ki, Maksakova Rusiyaya qayıtmasını gizli saxlayıb. Kiyevlə Moskva arasında birbaşa əlaqə ləğv olunduğu səbəbindən müğənni İstanbula, oradan isə Moskvaya uçub.

 

Maksakova 2020-ci ildə videokeçid vasitəsi ilə Rusiya telekanallarının efirində görünmüşdü. Xüsusən, keçmiş SSRİ-nin rəhbəri olmuş İosif Stalinlə qohumluq əlaqəsinin DNT testindən keçdikdən sonra Rusiyanın “Birinci” kanalında "Danışsınlar" proqramına çıxmışdı.

Депутата Вороненкова привлекают к уголовному делу о мошенничестве -  Газета.Ru

Qeyd edək ki, Maksakova 2016-cı ildə əri Voronenkovla birlikdə Ukraynaya köçüb. Ukrayna dövləti onlara vətəndaşlıq verib. Voronenkov Rusiya tərəfindən beynəlxalq axtarışa verildiyi üçün Kiyevə yerləşmişdi. O, qənnadı müəssisəsinin binasının ələ keçirilməsində iştirak etməkdə şübhəli bilinirdi.

 

23 mart 2017-ci ildə Voronenkov Kiyevdə güllələndi. 2019-cu ilin iyun ayında Maksakova Rusiya İstintaq Komitəsinin rəhbərinə ərinin qətlində tabeliyində olan şəxsin iştirakı ilə bağlı müraciət ünvanlamışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş