“Ölkəmiz kənd təsərrüfatı sektorunda itkilərlə üzləşəcək”
“Ukrayna Avropa İttifaqına qoşularsa, ilk əziyyət çəkən Fransa olacaq. Ölkəmiz kənd təsərrüfatı sektorunda itkilərlə üzləşəcək”.
AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Fransa prezidentliyinə potensial namizəd, “Milli Cəbhə” Partiyasının lideri Marin Le Pen deyib.
Le Pen yazıb: "Biz təkcə ciddi ədalətsiz rəqabətlə üzləşmərik, həm də Fransa kənd təsərrüfatına ayrılan ümumi kənd təsərrüfatı siyasəti büdcəsinin payı da əhəmiyyətli dərəcədə azalacaq".