Manukyan erməniləri İrəvanın mərkəzinə çağırdı

Dünya

24.02.2021 - 15:03

Baş nazirliyə namizəd axşam saatlarında Azadlıq meydanında olacaq

 

Ermənistan müxalifətinin “Vətənin Qurtuluşu” Hərəkatının Baş nazirliyə namizədi Vazgen Manukyan vətəndaşlara çağırış edib. AYNA erməni mediasına istinadən bildirir ki, Manukyan vətəndaşlarla görüşmək üçün 24 fevral 17:00-19:00 arasında İrəvanın Azadlıq meydanında olacağını bildirib.

 

“Hörmətli vətəndaşlar, “Vətənin Qurtuluşu” Hərəkatının fəaliyyəti ilə əlaqəli bütün məsələləri Vazgen Manukyanla müzakirə etmək fürsətiniz var”, - deyə çağırışda bildirib.

 

Qeyd edək ki, Ermənistan müxalifəti Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə itaətsizlik aksiyalarına başlayıb.

Müəllif: Ayna.az