"Mançester Siti" ispaniyalı futbolçu ilə müqaviləni uzadıb

İdman

12.07.2022 - 19:12

Həkimlər Klinikalar SEO Xidməti

Oyunçu bu komandaya İspaniya "Atletiko"sundan keçib

İngiltərənin "Mançester Siti" klubu futbolçusu Rodriqo Ernandes (Rodri) ilə müqaviləni uzadıb.

AYNA "Report"a istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi ilə 2027-ci ilin yayınadək anlaşma əldə olunub.

26 yaşlı oyunçu bu komandaya 2019-cu ilin yayında İspaniya "Atletiko"sundan keçib. O, "Mançester Siti"də 151 matçda 13 qol və 9 məhsuldar ötürmə müəllifi olub. "Şəhərlilər"in heyətində 5 titula sahib çıxan Rodri 2018-ci ildən debüt etdiyi millidə 33 oyuna 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Mançester Siti" 2021/2022 mövsümündə ardıcıl ikinci dəfə İngiltərə çempionu olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş