Fransa Prezidenti və Britaniyanın Baş naziri Trampdan görüş istəyiblər
“Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Keir Starmer görüş istəyiblər və tezliklə ABŞ-a gələcəklər”. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
“Onlar tezliklə gələcəklər. Starmer gəlmək üçün fürsət istədi", deyə Tramp qeyd edib.
Tramp Fransa Prezidentinin də görüş tələb etdiyini və ABŞ-a səfər edəcəyini bildirib. Bu səfərlərin təxmini vaxtı ilə bağlı suala Amerika lideri “şox yaxında” cavabını verib. Tramp mümkün tarix kimi 24 fevralı göstərib.