Fransa Prezidenti rusiyalı həmkarı ilə görüş barədə açıqlama verib
Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putinlə Kremldəki görüşü barədə maraqlı açıqlama verib.
AYNA xarici mediaya istinadən bildirir ki, Fransa Prezidentinin sözlərinə görə, görüş zamanı gərginlik hiss edilib.
“Putin həmişəkindən daha az istehzalı idi, gərginlik hiss olunurdu”, - Fransa lideri jurnalistlərə bildirib.
Qeyd edək ki, prezidentlər arasında görüş fevralın 7-də Moskva baş tutub və beş saatdan bir qədər çox davam edib. Putin Makronla görüşün işgüzar şəkildə keçdiyini, mənalı və faydalı olduğunu bildirib. Rusiya lideri deyib ki, Qərb Moskvanın təhlükəsizlik zəmanətləri ilə bağlı narahatlığına məhəl qoymayıb.
Rusiya lideri vurğulayıb ki, fransalı həmkarı ilə NATO-nun genişlənməməsi məsələlərini və Ukrayna ətrafında vəziyyəti müzakirə edib.