Fransa Prezidenti: "İndi sanksiyaların vaxtı deyil"
Fransa prezidenti Emmanuel Makron hesab edir ki, Azərbaycana qarşı sanksiyaların tətbiqi səmərəsiz ola bilər.
AYNA “Report”a istinadən istinadən xəbər verir ki, o, Avropa İttifaqının Qranada (İspaniya) sammitindən sonra keçirilən mətbuat konfransında deyib: "İndi sanksiyaların vaxtı deyil. Onlar səmərəsiz ola bilər".
Prezidentin sözlərinə görə, hazırda Azərbaycanla dialoqu davam etdirmək lazımdır.