Mahsum ləqəbli təhlükəli terrorçu məhv edildi

Dünya

07.05.2020 - 15:35

Demirin tutulması üçün 500 min mükafat vədi verilmişdi

 

Türkiyənin təhlükəsizlik qüvvələri Tunceli vilayətinin Ovacık bölgəsində antiterror əməliyyatı həyata keçirib. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi açıqlama yayıb.

 

Məlumatda bildirilir ki, əməliyyat nəticəsində zərərsizləşdirilən üç terrorçudan biri Mahsum ləqəbli Mehmet Fatih Demirdir.

 

O, 2016-cı il avqustun 22-də Nizamiyyə rayonunda törədilən qanlı terror aktının təşkilatçısı olub.

 

Xatırladaq ki, təhlükəli terrorçular siyahısında olan Demirin tutulması üçün 500 min Türkiyə lirəsi (təxminən 70 min dollar) məbləğində mükafat vədi verilmişdi.

Müəllif: Ayna.az