Uçuşlar cümə və bazar günləri həyata keçiriləcək
İyunun 3-dən Mahaçqala və Bakı arasında aviareyslər təşkil ediləcək. AYNA bu barədə xarici mətbuata istinadən xəbər verir. Məlumata görə, uçuşlar “UTAIR” aviaşirkəti tərəfindən “Boeing-737-500” təyyarələri vasitəsi ilə həyata keçiriləcək. Uçuşlar cümə və bazar günləri yaz-yay dövrünün sonuna qədər həyata keçiriləcək.