Magistraturaya proqram və ixtisaslaşma seçimi davam edir

Xəbərlər

02.07.2021 - 15:56

Həkimlər Klinikalar SEO Xidməti

Bakalavrlara tövsiyə olunur ki, göstərilən müddətə qədər ərizələrini təsdiq etsinlər

 

2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün proqram və ixtisaslaşma iyulun 5-i saat 23:59-dək davam edəcək. Bu barədə AYNA-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, iyulun 2-si saat 14:20-yə olan məlumata əsasən, 5 min 748 bakalavr (Azərbaycan bölməsi üzrə 5215, rus bölməsi üzrə 533) öz ərizəsini təsdiq edib. 2314 bakalavr isə ixtisaslaşma seçimini yadda saxlasa da, hələlik ərizələrini təsdiq etməyib.

 

İxtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ proqram və ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, göstərilən müddətə qədər ərizələrini təsdiq etsinlər.

 

Müsabiqəyə yalnız "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş