Madaqaskar Prezidenti: “Virusun dərmanını hazırlamışıq”

Dünya

20.04.2020 - 16:44

cedabet dərman SEO Xidməti

“Covid Organics” adlı dərmanın koronavirusun effektiv müalicəsinə təsir edəcəyi deyilir

 

Madaqaskar Prezidenti Andri Rajoelina ölkəsində koronavirusa qarşı dərman hazırlandığını və onu tezliklə təqdim edəcəklərini bəyan edib. AYNA xarici mediaya istinadən xəbər verir ki, Prezident yerli televiziya kanalında çıxışı zamanı belə açıqlama verib.

 

Onun sözlərinə görə, “Covid Organics” adlı dərman virusun effektiv müalicəsinə təsir edəcək: “Yeni hazırlanan dərman Madaqaskar Xüsusi Araşdırma İnstitutunun alimləri tərəfindən yaradılıb və tam bitki tərkiblidir”.

 

Məlumatda bildirilir ki, sözügedən dərmanın tərkibi ölkədə tanınan dərman bitkilərindən, eləcə də “pelin otu” deyilən artemisia bitkisindən ibarətdir.

 

“Dərman orqanik olduğundan tezliklə onun istehsalı və tətbiqinə başlanılacaq. Əvvəlcə sınaq üçün daha ağır xəstələrin üzərində tətbiq olunacaq”, - Rajoelina əlavə edib.

 

Qeyd edək ki, Madaqaskarda da karantin rejimi davam edir, ölkədə saat 21:00-04:00 arası küçəyə çıxmaq qadağan olunub. Ölkədə Covid-19-dan ölüm faktı olmasa da, 83 aktiv virus xəstəsi var.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş