Belarus və Rusiya prezidentlərinin yaxın vaxtlarda görüşəcəyini planlaşdırılıb
Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə görüşməyi planlaşdırdığını açıqlayıb. Bu barədə AYNA BelTA-ya istinadən bildirir.
“Yaxın vaxtlarda biz onunla (Putinlə) görüşməyə razılaşdıq”, - deyə Lukaşenko vurğulyıb.
Belarus Prezidenti əlavə edib ki, “Vaqner” özəl hərbi şirkəti ilə bağlı müzakirəsi planlaşdırılır.
Bundan əvvəl Lukaşenko Rusiya və Ukraynanı ilkin şərt olmadan danışıqlara başlamağa dəvət edib. Belarus Prezidenti həmçinin onunla Rusiya lideri arasında nifaq salmağa çalışmamağa çağırıb.