Londonda səhvən azadlığa buraxılan iki məhbusdan biri özü həbsxanaya qayıdıb

Maraqlı

07.11.2025 - 09:13

Əlcəzairli Brahim Kaddour-Şerifin isə axtarışı davam etdirilir

Bazar ertəsi günü Uandsvort həbsxanasından azadlığa buraxılan 35 yaşlı Uilyam (Billi) Smit cümə axşamı günü özü həbsxanaya qayıdıb. AYNA.AZ xarici mediaya istinadən xəbər verir kli, bu barədə polisdən bildirilib.

29 oktyabrda cinsi təcavüzdə məhkum edilmiş 24 yaşlı Əlcəzairli Brahim Kaddour-Şerif də səhvən həbsxanadan azad edilib. Onun axtarışı davam edir.

3 noyabrda Smit çoxsaylı dələduzluq ittihamı ilə 45 ay həbs cəzasına məhkum edilib. Lakin həmin gün səhvən azadlığa buraxılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş