Londonda dəhşətli qəlt törədən şəxsin kimliyi məlum oldu

Dünya

30.11.2019 - 21:50

London körpüsündə insanlara bıçaqla hücum edən cinayətkar əvvəllər də məhkumluq həyatı yaşayıb

 

Ötən gün London körpüsündə baş verən qətllə bağlı yerli polis açıqlama yayıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, polis baş verən qətlin təfərrüatlarını araşdırır. İlkin məlumata görə, bıçaqla 2 nəfəri öldürüb, 3 nəfərə isə ağır xəsarət yetirən şəxs Staffordşir qraflığında yaşayan 28 yaşlı Osman Xandır. 

 

London polis komissarının köməkçisi Neyl Basunun verdiyi məlumata görə, insanlara hücum edən şəxs polis orqanlarına çoxdan tanışdır. O, 2012-ci ildə terror qruplaşmaları ilə əlaqədə olduğu üçün həbs olunub və 2018-ci ilin dekabrında azadlığa çıxıb.

 

 

Müəllif: Raminə Eyvazqızı