Həkim briqadaları fəaliyyət göstərir və bütün zəruri tibbi tədbirlər görülür
Lokal antiterror tədbirləri nəticəsində 511 hərbi qulluqçumuz və 1 mülki şəxs yaralanıb. AYNA xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, yaralıların ən qısa zamanda müalicəsi üçün yüksək səviyyəli peşəkar həkim briqadaları fəaliyyət göstərir və bütün zəruri tibbi tədbirlər görülür.