Liviya hökuməti: Əməkdaşlığa hazırıq

Dünya

23.06.2020 - 11:29

Bu qərar Liviya hökumətinin insan haqlarının qorunması ilə bağlı çağırışları nəticəsində qəbul edilib

 

Liviya Ədliyyə Nazirliyi Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurasının qərarına uyğun olaraq, Liviyada qurulması planlaşdırılan insan hüquqları araşdırma missiyası ilə əməkdaşlıq etməyə hazır olduğunu açıqlayıb. AYNA xəbər verir ki, bu barədə Nazirlikdən açıqlama verilib.

 

Açıqlamada, bu sahədə fəaliyyət göstərən yerli və beynəlxalq təşkilatlarla, xüsusən də BMT İnsan Haqları Şurası ilə təmasda olduğu bildirilib.

 

BMT İnsan Haqları Şurasının 40 nömrəli bəyanatında Liviya hökumətinin insan hüquqları sahəsində əməkdaşlığının təqdir olunduğu və bu qərarın 43-cü bəndində “Liviyada insan hüquqları ilə bağlı araşdırma missiyası yaratmağa çağırış”ın müsbət qarşılandığı vurğulanıb.

 

Sözügedən missiya ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirən nazirlik, bu qərarın Liviya hökumətinin insan haqlarının qorunması ilə bağlı çağırışları nəticəsində qəbul edildiyinə inandığını qeyd edib.

Müəllif: Ayna.az