"Liverpul" Yurgen Kloppun müqaviləsini uzadıb

İdman

29.04.2022 - 04:26

Həkimlər Klinikalar SEO Xidməti

Yurgen Klopp 2015-ci ildən "Liverpul"a rəhbərlik edir

İngiltərə "Liverpul"u baş məşqçisi Yurgen Kloppla yeni müqavilə imzalayıb. AYNA klubun rəsmi saytına istinadən xəbər verir ki, almaniyalı mütəxəssisin sözləşməsinin müddəti 2026-cı ilin yayınadək uzadılıb.

Xəbər Mersisayd təmsilçisinin tviter hesabında Kloppun çəkdiyi video ilə paylaşılıb.

Təəssüratlarını bölüşən 55 yaşlı baş məşqçi "Liverpul"a aşiq olduğunu bildirib: "Burada özümü yaxşı hiss edirəm. Buna görə çox şanslıyam".

Qeyd edək ki, Yurgen Klopp 2015-ci ildən "Liverpul"a rəhbərlik edir. Klub onun başçılığı altında İngiltərə Premyer Liqasını, Liqa Kubokunu, UEFA Çempionlar Liqasını və Superkubokunu, həmçinin klublararası dünya çempionatını qazanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş