Valideyn övladının şəxsi işlərini bu tarixədək qəbul olunduğu cari müəssisəyə təqdim etməlidir
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənəd qəbulu başlayıb. AYNA xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Valideyn və ya qanuni nümayəndə övladının şəxsi işlərini avqustun 7-si saat 15:00-dan avqustun 17-si saat 15:00-dək qəbul olunduğu cari müəssisəyə təqdim etməlidir.
Bu vaxt ərzində sənədlər lisey və ya gimnaziyalara təqdim edilmədiyi halda şagirdin qəbulu etibarsız sayılır və həmin yer II mərhələ üçün vakant olaraq təqdim edilir.