Leysan yağışları 4 nəfərin həyatına son qoyub

Dünya

19.06.2022 - 09:05

Həkimlər Klinikalar SEO Xidməti

Yağıntıların bir neçə gün də davam edəcəyi proqnozlaşdırılır

Çinin cənubundakı Quanqsi-Çjuanq muxtar bölgəsində güclü yağışlar nəticəsində ölən və itkin düşənlər var. AYNA xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, azı 4 nəfər ölüb, bir nəfər isə itkin düşüb. Ölənlər və itkin düşmüş şəxs eyni evin sakinləri olub. Güclü yağışlar nəticəsində taxta ev uçub. Daha sonra dörd nəfərin cəsədi tapılıb. Digər şəxsin axtarışları davam edir.

Quanqsi-Çjuanq Muxtar Bölgəsində güclü yağışlar cümə günü axşam saatlarından başlayıb. Proqnozlara görə, leysan iyunun 21-dək davam edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş