Yolda böyük çatların yaranması həkətə təhlükə yaradıb
Güclü leysan yağış Qəbələdə çayların suyunun artmasına səbəb olub. AYNA APA-ya istinadən xəbər verir ki, dağlara və rayona yağan güclü yağış nəticəsində rayonun Dəmiraparan çayında suyun səviyyəsi artıb.
Nəticədə Laza kəndinə gedən yolun bir hissəsini su yuyub.
Yolda böyük çatlar əmələ gəldiyindən buradan istifadə etmək təhlükə yaradır.
Kənd yolunun bir hissəsi tamamilə dağılıb.