32 yaşlı kişi bıçaqlanaraq öldürülüb
Lənkəranda 32 yaşlı kişi bıçaqla qətlə yetirilib. AYNA-nın APA-ya istinadəın məlumatına görə, qətl hadisəsi Liman şəhərində qeydə alınıb.
Şəhər sakini 1990-cı il təvəllüdlü Samir Böyükkişi oğlu Novruzov mübahisə etdiyi 1975-ci il təvəllüdlü Qulam Müzəffər oğlu Səlimov tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.
Q.Səlimov qətli törətdiyini könüllü olaraq etiraf edib və polisə təslim olub.
Faktla bağlı araşdırma aparılır.