Müvəqqəti yaşayış məqsədilə çadır ev qurularaq vətəndaşa təhvil verilib
Fövqəladə Hallar Nazirliyinə (FHN) Lənkəran rayonunun Gəgiran kənd sakini Orucov Nürəddin Qafar oğluna məxsus evin yaşayış üçün yararsız vəziyyətə düşməsi barədə məlumat daxil olub.
FHN-dən AYNA-ya verilən məlumata görə, bununla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən Gəgiran kənd sakini Orucov Nürəddin Qafar oğlu üçün müvəqqəti yaşayış məqsədilə çadır ev qurularaq vətəndaşa təhvil verilib.