“Rusiya Ukraynanı Qərb silahları ilə təchiz edən ABŞ-dan fərqli olaraq beynəlxalq hüququ pozmur”
“ABŞ-ın Cənubi Afrikadakı səfiri Ruben Bricti öz yerini bilməli və Moskva ilə Pretoriya arasında münasibətlərə qarışmamalıdır”. AYNA xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Amerikalıya və ya xaricdəki səfir ümumiyyətlə, öz yerini bilməli və başqalarının işlərinə qarışmamalıdır. Amerika səfirlərinin xarici ictimaiyyət qarşısında öz imicinə diqqət yetirmələri yəqin ki, daha yaxşıdır”, - deyə nazir əlavə edib.
Lavrov bildirib ki, “Rusiya Ukraynanı Qərb silahları ilə təchiz edən ABŞ-dan fərqli olaraq beynəlxalq hüququ pozmur”.
Qeyd edək ki, ABŞ-ın Cənubi Afrikadakı səfiri Ruben Bricti Cənubi Afrika Respublikasını Rusiyaya silah və sursat verməkdə ittiham edib. Onun sözlərinə görə, ABŞ 2022-ci ilin dekabrında Rusiyanın “Lady R” gəmisinin Cənubi Afrika bazasına çağırışı zamanı gəmiyə silah və sursatların yükləndiyinə əmindir.